Sual və problemlər

Solda istifadəçi panelinizdə xəbər göndər yazılan bölməyə daxil olun və lazım olan bölmələri doldurun
Aşağıdakı hallarda göndərilən xəbərlər silinir:
1. Xəbər maraqlı və aktual olmadıqda/xəbər köhnə olduqda
2. Xəbərdə hansısa bir saytın reklamı olduqda
3. Xəbər təkrar olduqda
4. Xəbər oğurluq olduqda (Aznetdən götürüləndə)
5. Xəbər etik normaları pozduqda
6. Xəbərdə şəkil sayı 10-dan az olduqda (vacib xəbərlər istisnadır)
7. Xəbərdə yerləşdirilən şəkillərin ölçüləri kiçik olduqda
8. Tərcümə üçün hər hansı bir proqramdan istifadə edildikdə/tərcümə pis olduqda, türk sözlərindən istifadə edildikdə
9. Xəbər latın qrafikalı azərbaycan hərfləri ilə yazılmadıqda

10. Xəbər qısa olduqda

Xəbəriniz silinərkən göstərilən səbəblərdən biri sizə PM-lə göndəriləcək.
Xəbərin üzərində əvvəlcədən səbəb yazılarsa, sizə PM göndərilməyəcək.
Düzəliş barədə xəbərdarlıq edilərsə, 24 saat ərzində xəbər düzəldilməzsə, xəbəriniz silinəcək.

Solda olan istifadəçi panelinə "Məlumatlarım" bölməsinə daxil olun. "Nizamlamaları dəyişdir" yazısına klik edin və açılan pəncərədə "avatar" yazısının qarşısında "browse" (обзор) düyməsinə klikləyərək avatarı seçin və enter düyməsini basın. Daha sonra aşağıda "Göndər" düyməsinə klikləyərək avatarınızı dəyişin. Diqqət: GIF (hərəkətli) avatarlar sizin statusunuz üçün nəzərdə tutulmuş avatar ölçüsündən böyük olduqda hərəkət etməyəcək. Avatarlar 100 kb-dan artıq olmamalıdır. Avatar hərəkətsiz olarsa, ölçüsünün əhəmiyyəti yoxdur, 100 kb-dan az olduqda avatar özü avtomatik ölçüsünü dəyişəcək.

Şəxsi ismarıclardan istifadə etmək üçün ən az "V.I.P" statusuna sahib olmalısınız.

YAZILANLARI DİQQƏTLƏ OXUYUN, ƏLAVƏ SUALLARINIZ VARSA VERİN, ƏKS HALDA BÜTÜN ŞƏRHLƏRİNİZ SİLİNƏCƏK.

=================================

0 yorum:

Yorum Gönder